Pakistanda sərnişin qatarı relsdən çıxdı: Ölənlər və yaralananlar var- VİDEO
Pakistanın Multan şəhəri yaxınlığında ağır dəmir yolu qəzası baş verib.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, Karaçidən Peşəvara gedən “Rehman Baba Express” sərnişin qatarı Şer-Şah körpüsü yaxınlığında relsdən çıxıb.
İnsident nəticəsində qatarın bütün 14 vaqonu relslərdən çıxaraq devrilib. Faciə zamanı azı 5 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara hospitalizasiya olunublar. Hadisə yerində xilasetmə işləri davam etdirilir, qəzanın başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.