Peru “Amerika Qalxanı” alyansına qoşuldu
Peru transmilli və regional təhdidlərdən birgə müdafiə məqsədilə ABŞ tərəfindən yaradılan “Amerika Qalxanı” alyansına daxil olub.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Cənubi Amerika ölkələrinə turnesi çərçivəsində “El Comercio” qəzeti üçün yazdığı məqaləsində bəyan edib.
Marko Rubio məqaləsində Keyko Fuximorinin yeni hökuməti ilə tərəfdaşlıq etməkdən memnunluq duyduqlarını bildirib:
“İndi NATO-dan kənar mühüm müttəfiq olan Perunu ‘Amerika Qalxanı’ çərçivəsində salamlayaraq, biz yarımkürəmizin transmilli və regional təhdidlərdən qorunması üzrə səylərimizi sinxronlaşdırırıq”.
Dövlət katibi regionda Çinlə artan əməkdaşlıq fonunda ölkələri suveren hüquqlarına hörmətlə yanaşaraq ABŞ ilə şəffaf tərəfdaşlığa üstünlük verməyə çağırıb.
Qeyd edək ki, “Amerika Qalxanı” ABŞ və Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə və birgə hərbi əməliyyatlar həyata keçirmək məqsədilə qurduğu alyansdır.
No Comment! Be the first one.