PKK silahlı birləşmələrinin Türkiyə ərazisindən tam çıxarıldığını bəyan etdi
Kürdüstan Fəhlə Partiyası (PKK) bütün silahlı qüvvələrinin Türkiyə ərazisindən və sərhədyanı bölgələrdən çıxarılması prosesinin yekunlaşdığını açıqlayıb.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, təşkilat yalnız ölkə daxilindəki deyil, sərhədə yaxın ərazilərdə yerləşən bütün silahlı birləşmələrini də geri çəkib.
Türkiyədə qadağan olunmuş separatçı qruplaşma öz qüvvələrini ölkədən çıxarmaq qərarını 2025-ci ilin oktyabrında bəyan etmişdi. Proses mərhələli şəkildə həyata keçirilib: əvvəlcə toqquşma riski yüksək olan zonalar boşaldılıb, daha sonra isə geridə qalan qüvvələr tamamilə ərazini tərk edib.
Xatırladaq ki, 2025-ci il fevralın 27-də ömürlük həbs cəzası çəkən PKK qurucusu Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaq çağırışı etmişdi. Həmin ilin may ayında təşkilat özünü buraxdığını və Ankara ilə 1984-cü ildən bəri davam edən silahlı qarşıdurmaya son qoyduğunu elan etmişdi.
No Comment! Be the first one.