Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyaret edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Müstəqillik abidəsini ziyaret ediblər.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyaraq ehtiramını ifadə edib.
Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.
No Comment! Be the first one.