Prezident İlham Əliyevdən startaplarla bağlı sərəncam
Prezident İlham Əliyev Vergi, Miqrasiya məcəllələrinə və bir sıra aidiyyəti qanunlara startap ekosisteminin inkişafını dəstəkləyən dəyişiklikləri təsdiq edib.
hadiseler.info xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklərlə 2027-ci il yanvarın 1-dən etibarən startaplar, vençur fondları və investorlar üçün genişmiqyaslı vergi güzəştləri tətbiq ediləcək.
Yeniliklər və tətbiq olunacaq güzəştlər:
Gəlir və mənfəət vergisindən azadoma: Mikro və kiçik sahibkar olan startapların innovasiya fəaliyyətindən gəlirlərinin vergidən azad olunma müddəti 3 ildən 7 ilə qaldırılıb.
Səhm və iştirak payı gəlirləri: “Startap” və ya texnopark şəhadətnaməsi olan hüquqi şəxslərin iştirak payının və səhmlərinin təqdim olunmasından əldə edilən gəlirlər 10 il müddətinə gəlir və mənfəət vergisindən azad olunacaq.
Xarici İT xidmətlərinə ƏDV və vergi azadlığı: Startapların qeyri-rezidentlərdən aldığı bulud hesablama, proqram təminatı, platforma və API xidmətləri 2027-ci ildən itibaren 20 il müddətinə ƏDV-dən və gəlir vergisindən azad edilir.
İnvestorlar üçün güzəştlər: Kraudfandinq platformaları vasitəsilə investisiya edən şəxslərin gəlirləri, ödənən dividendlər və vençur kapitalı fondlarının iştirakçılarına ödənilən mənfəət dividendləri 10 il müddətinə vergidən azad edilir.
Elmi-tədqiqat xərclərinə 2.5 əmsal: Startaplara, texnopark rezidentlərinə və ya elmi müəssisələrə sifariş edilən elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən nağdsız xərclər 10 il müddətinə 2,5 əmsalı tətbiq edilməklə vergitutma bazasından çıxılacaq.
Sənəd ölkədə innovasiya mühitinin stimullaşdırılmasına və vençur investisiyalarının cəlb edilməsinə xidmət edir.
No Comment! Be the first one.