Prezidentlər və birinci xanımlar Buxarada “Poyi-Kalon” kompleksində olublar
Azərbaycan və Özbəkistan prezidentləri, eləcə də onların həyat yoldaşları Buxaranın zəngin tarixi-mədəni irsini əks etdirən möhtəşəm abidələr ansamblını ziyarət ediblər.
hadiseler.info xəbər verir ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində yerləşən “Poyi-Kalon” kompleksi ilə tanış olublar.
Tərcümədə “Böyüyün ətəyində” mənasını verən bu kompleksin əsas rəmzlərindən biri 1127-ci ildə inşa olunan Kalon minarəsidir. Ansambla daxil olan Kalon məscidi isə XVI əsrə aid edilib və Buxaranın ən böyük ibadətgahıdır. Bu məsciddə eyni anda 12 min nəfər ibadət edə bilir.
Kompleksin digər görkəmli abidəsi XVI əsrdə Abdullah Yəməni (Mir-i Ərəb) tərəfindən inşa etdirilən Mir-i Ərəb mədrəsəsidir.
No Comment! Be the first one.