Putin Bişkekdə Ərdoğanla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri Yuri Uşakov məlumat verib.
Uşakovun sözlərinə görə, iki lider arasında baş tutacaq görüşdə Qara dənizdəki mövcud vəziyyət, Ukrayna böhranı, eləcə də Rusiya və Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələləri geniş müzakirə olunacaq.
No Comment! Be the first one.