Putin: “Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox fayda gətirə bilər”
Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanın rəsmi mövqeyi ilə bağlı diqqətəlayiq bəyanatlar verib.
hadiseler.info xəbər verir ki, Rusiya lideri İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması qərarını şərh edərək bunun Ermənistan rəhbərliyi üçün müəyyən üstünlüklər yaratdığını bildirib.
Putin qeyd edib ki, bu qərar münaqişə səhifəsini bağlamağa, insanları yeni yerlərdə məskunlaşdırmağa, infrastrukturu blokadadan çıxarmağa, iqtisadiyyatda yeni mərhələyə başlamağa və investisiyalar üçün sərhədləri açmağa imkan verir.
Rusiya Prezidenti həmçinin xatırladıb ki, Ermənistan baş nazirinin Praqada müvafiq sənədi imzalamasından sonra Rusiya kontingentinin mövqeyi fərqli xarakter alıb və Moskva Azərbaycanın daxili işlərinə müdaxilə etmək niyyətində olmayıb.
No Comment! Be the first one.