Putin vacib obyektlərə müvəqqəti xüsusi idarəetmə tətbiqi barədə fərman imzaladı
Rusiya hakimiyyəti təhlükəsizliyini lazımi səviyyədə təmin etməyən və ya zədələnmiş sahələri vaxtında bərpa etməyən kritik infrastruktur obyektlərinə müvəqqəti dövlət idarəetməsi tətbiq edə biləcək.
hadiseler.info xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin yeni fərman imzalayıb.
Sənədə əsasən, vacib infrastruktur obyektlərinin mülkiyyətçiləri hava hücumları və digər xarici təhlükələrdən qorunma tələblərini pozduqda, yaxud ziyan dəymiş obyektlərin bərpasını gecikdirdikdə hökumət həmin müəssisələrin idarəçiliyini müvəqqəti olaraq öz üzərinə götürmək səlahiyyəti əldə edir.
Sözügedən sənəd yanacaq-energetika kompleksi, sənaye müəssisələri, rabitə şəbəkələri, nəqliyyat-logistika qovşaqları, nüvə enerjisi və digər həyati əhəmiyyətli obyektləri əhatə edir. Qərarın müharibə şəraitində Rusiyanın strateji infrastrukturuna artan dron hücumları və təhlükəsizlik riskləri fonunda qəbul edildiyi bildirilir.
No Comment! Be the first one.