Qadın paltarında qaçmaq istəyən qatil tutuldu: “80 nəfəri öldürmüşəm” – VİDEO
Braziliyanın Paraiba əyalətində çoxsaylı ağır cinayətlərdə şübhəli bilinən 33 yaşlı Jorlan Alves da Silva tanınmaz hala düşərək qaçmaq istəyərkən polis tərəfindən saxlanılıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Silva may ayının sonunda həbsxanadan buraxıldıqdan sonra keçən üç ay ərzində Vale do Mamanguape bölgəsində törədilən 16 qətldə iştirak etməkdə təqsirləndirilir. İstintaq orqanları avqustun 1-də Rio Tintoda iki iş adamının qətlə yetirilməsi də daxil olmaqla, bəzi cinayətlərlə onun əlaqəsini təsdiqləyən texniki sübutlar əldə edib. Şübhəli hətta qurbanlardan birinin basdırıldığı yeri şəxsən polisə göstərib.
Axtarışda olan cinayətkar tanınmamaq üçün qadın paltarı giyib, uzun qara parik, günəş eynəyi, qadın sandaleti taxıb və dırnaqlarını boyayıb. Ərazidən qaçmağa çalışan Silvanın yanında özü ilə qohumluq əlaqəsi olmayan 2 yaşlı uşaq da olub. Sağlamlıq vəziyyəti yaxşı olan uşağın şübhəlinin yanında necə peyda olduğu araşdırılır.
Dindirmə zamanı Silva ilk qətlini 13 yaşında törətdiyini və ümumilikdə 80 nəfəri öldürdüyünü etiraf edib. Polis bu iddianı və digər ifadələri dəqiqləşdirmək üçün hər bir hal üzrə ayrı-ayrı araşdırmaları davam etdirir.
No Comment! Be the first one.