“Qarabağ” və “Neftçi” Azərbaycan derbisində yaşananlara görə cərimələnib
AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının VIII turunda baş tutan “Qarabağ” – “Neftçi” qarşılaşmasında yaşanan qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.
hadiseler.info xəbər verir ki, baş verən insidentlərə görə hər iki klub maliyyə sanksiyasına məruz qalıb.
Ağdamın “Qarabağ” klubu azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5000 manat məbləğində cərimələnib.
Paytaxtın “Neftçi” klubu isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə 3000 manat, oyun ərzində 5 futbolçusunun sarı vərəqə alması nəticəsində isə əlavə 700 manat cərimə ödəyəcək.
Bundan əlavə, “Neftçi” klubunun mətbuat katibi Asəf Zeynallıya stadiona kiçik zərər vurduğuna görə xəbərdarlıq edilib. Məlumata görə, dəymiş zərər elə yerindəcə ödənilib.
Xatırladaq ki, böyük maraqla qarşılanan Azərbaycan derbisi 3:3 hesablı bərabərliklə başa çatmışdı.
No Comment! Be the first one.