“Qarabağ”ın sabiq futbolçusu Nihad Tamazov “Xankəndi”yə keçdi
Azərbaycan I Liqa təmsilçisi “Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib.
hadiseler.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda müdafiəçi Nihad Tamazov ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü olan N.Tamazov daha əvvəl “Qarabağ” klubunun da formasını geyinib.
No Comment! Be the first one.