“Qarabağ”ın yeni transfer hədəfi məlum oldu
Azərbaycan çempionu “Qarabağ” Polşanın “Qurnik Zabje” klubunda çıxış edən nigeriyalı yarımmüdafiəçi Taofik İsmahil ilə yaxından maraqlanır.
hadiseler.info xəbər verir ki, Polşa mətbuatına istinadən 26 yaşlı vingerin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir.
Məlumata görə, nigeriyalı futbolçunun Polşa klubundan ayrılmaq ehtimalı yüksəkdir. Komandasındakı mövqeyi mürəkkəbləşən və baş məşqçinin planlarına daxil edilməyən İsmahilin “Qarabağ”ın diqqət mərkəzində olduğu və yaxın vaxtlarda bu transferin reallaşa biləcəyi bildirilir.
No Comment! Be the first one.