Qazaxıstanda yol hərəkəti təhlükəsizliyi tədbiri keçirildi — VİDEO
Qazaxıstanın Kostanay şəhərində yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş elmi-praktik konfrans və beynəlxalq yarışlar yekunlaşıb.
hadiseler.info xəbər verir ki, “Gənc yol hərəkəti inspektorları” adlı tədbirdə müxtəlif ölkələrdən gələn məktəblilər praktiki tapşırıqlar üzrə güclərini sınayıblar. Azərbaycanı təmsil edən şagirdlər yol qaydaları, ilkin tibbi yardım və maarifləndirici səhnəciklərlə çıxış edərək fərqləniblər.
Səfər çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da xarici həmkarları ilə təcrübə mübadiləsi aparıblar. Tədbirin sonunda yüksək nəticə göstərən komandalara mükafatlar təqdim olunub.
No Comment! Be the first one.