Qeyri-sabit hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ
Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında hava şartlərinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv leysan yağışının yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə duman olacağı gözlənilir.
hadiseler.info xəbər verir ki, gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə tövsiyə və xəbərdarlıq edib. İdarədən bildirilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdəki duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
Təhlükəsizliyin təmin olunması məqsədilə sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, eləcə də xarici işıq cihazlarından düzgün istifadə etmək xahiş olunur. Həmçinin səfər öncəsi avtomobilin texniki vəziyyətinə, xüsusən şinlər və şüşəsilənlərin sazlığına xüsusi diqqət yetirilməsi tövsiyə edilir.
Dəyişkən hava şəraitində təhlükəsizliyin əsas şərti sürücünün vəziyyətə uyğun və ehtiyatlı davranmasıdır.
No Comment! Be the first one.