Qubada yol qəzası: 5 nəfər xəsarət aldı
Quba rayonu ərazisində minik və yük avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba avtomobil yolunun Pirvahid kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.