Elvin Cəfərquliyev zədələndi: 2 həftə meydanlardan uzaq qalacaq
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyununda zədələnib.
hadiseler.info xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa prosesinin təxminən 2 həftə davam edəcəyi gözlənilir.
Milli komandamızın və ağ-qaraların üzvü olan Elvinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında aparılır.
No Comment! Be the first one.