Qəzzada 6 mərtəbəli bina çökdü- VİDEO
Qəzza şəhərində İsrail ordusunun hücumları nəticəsində əvvəllər zədələnmiş 6 mərtəbəli yaşayış binası anidən çöküb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Qəzza şəhərinin cənub-qərbində yerləşən Es-Sınaa bölgəsində qeydə alınıb. Dağıntılar altından ən azı 6 fələstinlinin cəsədi çıxarılıb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.
Hadisə zamanı 60-dan çox insanın enkaz altında qaldığı bildirilir. Ərazidə mülki müdafiə və xilasetmə briqadaları tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir. Ağır texnika və avadanlıq çatışmazlığı səbəbindən dağıntılar altındakı insanlara çatmaqda çətinliklər yaranır.
No Comment! Be the first one.