Renaldo Sefasın tibbi müayinəsinin nəticələri bəlli oldu
“Qarabağ”ın yarımmüdafiəçisi Renaldo Sefasın tibbi müayinəsinin nəticələri açıqlanıb.
hadiseler.info xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı yamaykalı vingerin müayinə nəticələrində hər hansı ciddi problem və ya əhəmiyyətli dəyişiklik aşkarlanmayıb.
Millinin düşərgəsində, CONCACAF Millətlər Liqası çərçivəsində keçirilən Yamayka – Honduras matçının 12-ci dəqiqəsində topsuz vəziyyətdə dizindən xəsarət alan futbolçu 3-4 gün ərzində tibbi və məşqçi heyətinin xüsusi nəzarəti altında fərdi məşqlərlə kikayətlənəcək.
No Comment! Be the first one.