Roma Papası ölüm hökmünə qarşı çıxdı
Roma Papası XIV Leo ölüm cəzasının tətbiqinə qarşı kəskin mövqeyini nümayiş etdirib.
hadiseler.info xəbər verir ki, Katolik kilsəsinin rəhbəri ölüm hökmünün insan ləyaqətinə zidd olduğunu vurğulayıb.
Papanın sözlərinə görə, ölüm cəzası fərdin toxunulmazlığına və ləyaqətinə açıq müdaxilədir və tamamilə qəbuledilməzdir: “Ölüm cəzasına əl atmadan da ictimai rifahı qorumaq və ədalətin tələblərini təmin etmək mümkündür. Vətəndaşları qoruyan, eyni zamanda təqsirkarları islah olunmaq imkanından tam məhrum etməyən səmərəli həbs sistemi işlənib hazırlanıb”, – deyə XIV Leo bildirib.
No Comment! Be the first one.