Rusiya ilə Suriya arasında birbaşa hava əlaqəsi yenidən bərpa edilir
Suriyanın “Syrian Airlines” aviaşirkəti Rusiyaya və əks istiqamətə birbaşa uçuşlara başlayır.
Hadisələr.info xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.
Bildirilib ki, avqustun 16-dan şirkət təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Dəməşqə reys həyata keçirəcək.
Uçuş müddəti 4 saat 50 dəqiqə davam edəcək.
Xatırladaq ki, iki ölkə arasında hava əlaqəsi 2024-cü il dekabrın 8-də Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra dayandırılmışdı. Həmin vaxtadək Moskva və Dəməşq arasında uçuşları “Syrian Air” ilə “Cham Wings” aviaşirkətləri icra edirdi.
No Comment! Be the first one.