Rusiya Ukraynada sərnişin qatarına PUA ilə hücum etdi — 600-ə yaxın sərnişin təxliyə olundu
Rusiya hərbi qüvvələri Ukraynada dinc sakinləri daşıyan sərnişin qatarını hədəf alıb. Jitomir-Odessa marşrutu üzrə hərəkət edən qatarın lokomotivinə “Şahid” tipli reaktiv PUA ilə zərbə endirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yolları İdarəsinin rəhbəri Aleksandr Pertsovski məlumat yayıb.
Məlumata görə, hücum anında vaqonlarda ümumilikdə 593 sərnişin olub. Operativ görülən tədbirlər nəticəsində bütün sərnişinlər təhlükəsiz əraziyə təxliyə edilib. İnsident zamanı xəsarət alanın olmadığı bildirilir.
No Comment! Be the first one.