Rusiyada “An-3” təyyarəsi sərt eniş edərək alovlandı
hadiseler.info Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə mətbuat xidmətinə istinadən xəbər verir ki, Saxalin adasında An-3 tipli təyyarə tarlalardan birinə sərt eniş etdikdən sonra alovlanıb.
İlkin məlumatlara əsasən, bədbəxt hadisəyə təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub. Regional Meşəçilik və Ovçuluq Agentliyi bildirib ki, planlaşdırılan təlim uçuşu zamanı məcburi eniş edən təyyarədə baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.
Təyyarənin göyərtəsində ümumilikdə 8 nəfər olub. Onlardan 2-si “Dobrolet” aviaşirkətinin ekipaj üzvü, 1-i müşahidəçi pilot, 5-i isə Saxalin Hava Bazasının paraşütçüsü olub. Şəxslərin hamısı vaxtında təyyarədən təxliyə olunub. Hazırda nasazlığın başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.