Rusiyada ayı turistlərin çadırına hücum edərək gənc qızı parçalayıb
hadiseler.info xəbər verir ki, Rusiyanın Altay Respublikasının Artıbaş kəndində dəhşətli bədbəxt hadisə qeydə alınıb. Turistik bazada çadırda gecələyən istirahətçilərə ayı hücum edib.
Yırtıcı heyvan çadırdakı 29 yaşlı qızı meşəyə sürüyərək aparıb və onu parçalayaraq öldürüb. Məlumata əsasən vəhşi heyvan qurbanının ətraflarını yedikdən sonra cəsədini torpağa basdırıb. Yerli sakinlər hadisəyə müdaxilə edərək qadını xilas etməyə çalışsalar da ayının aqressiv davranışından sonra geri çəkilmək məcburiyyətində qalıblar.
Hazırda aidiyyəti qurumlar tərəfindən yırtıcı heyvanın zərərsizləşdirilməsi və ya ərazidən uzaqlaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi müzakirə olunur. Mütəxəssislər insanlara vəhşi heyvanlarla, xüsusən də ayılarla qarşılaşarkən sakit qalmağı və kəskin hərəkətlərdən çəkinməyi tövsiyə edirlər.
No Comment! Be the first one.