Rusiyada uçqun nəticəsində 2 alpinist həlak oldu, 10 nəfər itkin düşdü
Rusiyanın Kabarda-Balkar Respublikasında yerləşən Mijirgi dağında uçqun baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Baza “Telegram” kanalının verdiyi xəbərə görə, hadisə nəticəsində iki alpinist həlak olub, üç nəfər isə ağır xəsarət alıb. Hazırda 10 alpinistin taleyi barədə məlumat yoxdur.
Hadisə zonasına operativ şəkildə xilasedicilər yönəldilib. Axtarış-xilasetmə əməliyyatlarına “Mi-8” helikopterinin də cəlb olunması planlaşdırılır.
No Comment! Be the first one.