Rusiyaya PUA hücumu həyata keçirilib – VİDEO
Rusiyanın Soçi şəhəri və onun liman infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə növbəti intensiv hücum həyata keçirilib.
hadiseler.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-ların Soçi limanı istiqamətinə kütləvi hücumu nəticəsində şəhərdə güclü partlayış səsləri qeydə alınıb.
Verilən məlumatlara görə, bölgədə hava hücumu sirenləri saatlarla fasiləsiz çalmaqdadır. Hava Hücumundan Müdafiə (HHM) sistemləri və dəniz mühafizə qüvvələri hücumun qarşısını almaq üçün döyüş rejimində çalışır. Tələfat və ya obyektlərə dəyən ziyanın miqyası ilə bağlı detallı rəsmi açıqlamalar araşdırılır.
No Comment! Be the first one.