“Sabah” – “Hapoel” matçına böyük maraq: 15 min bilet satıldı
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununa azarkeşlər böyük maraq göstərir.
hadiseler.info xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qarşılaşma üçün artıq 15 min bilet satılıb.
Xatırladaq ki, komandalar arasında Rumıniyanın Buxarest şəhərində baş tutan ilk matç “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu avqustun 25-i saat 20:45-də başlayacaq.
No Comment! Be the first one.