“Sabah” – “Orhus” oyununun hakimləri dəyişdirildi
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” matçının hakim briqadasında dəyişiklik edilib.
Hadisələr.info UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, daha əvvəl Portuqaliyadan olan hakimlər briqadasına tapşırılan qarşılaşma fransalı referilərə həvalə olunub. Baş referi Villi Delajoya yan xətt hakimləri kimi Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.
“Sabah” – “Orhus” matçı avqustun 11-də keçiriləcək
Qeyd edək ki, komandalar arasında baş tutacaq cavab oyunu avqustun 11-də “Bank Respublika Arena”da təşkil olunacaq. İki komanda arasında keçirilən ilk matçda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisi doğma azarkeşləri önündə mərhələ adlamaq üçün mübarizə aparacaq.
No Comment! Be the first one.