“Sabah” və “Qarabağ”ın Premyer Liqadakı oyunları təxirə salınıb
hadiseler.info xəbər verir ki, Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli bəlli olub.
Ölkəmizi avrokuboklarda təmsil edən “Sabah” və “Qarabağ” klublarının müraciətlərini və rəqiblərinin razılığını nəzərə alan Peşəkar Futbol Liqası xüsusi qərar qəbul edib. Təmsilçilərimizin beynəlxalq arenada uğurlu çıxışına dəstək olmaq məqsədilə “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” qarşılaşmaları təxirə salınıb.
Turun digər görüşləri avqustun 22-si və 23-də keçiriləcək. Şənbə günü “Qəbələ” – “Şəfa” və “Zirə” – “İmişli”, bazar günü isə “Turan Tovuz” – “Şamaxı” və “Neftçi” – “Araz-Naxçıvan” matçları baş tutacaq. Bütün qarşılaşmalar “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
No Comment! Be the first one.