“Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə məğlub oldu
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının əsas mərhələsində ilk matçını keçirib.
hadiseler.info xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu Azərbaycan təmsilçisi səfərdə İngiltərənin “Mançester Yunayted” klubunun qonağı olub. İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Tarixində ilk dəfə UEFA Gənclər Liqasında iştirak edən “Sabah” U-19 komandası turnirin növbəti matçlarında “Barselona”, “Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.
No Comment! Be the first one.