Sabahın yağış və dolu yağacaq, leysan olacaq
Avqustun 27-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraiti əksər ərazilərdə əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağıntı, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gündüz rayonlarda 31-36° isti, dağlarda isə 20-25° isti olacaq.
No Comment! Be the first one.