Samarada uçuşlar dayandı: 13 reys gecikir, 2-si ləğv edildi
Rusiyanın Samara şəhərində yerləşən “Kurumoç” beynəlxalq aeroportunda uçuş və eniş cədvəlində kütləvi gecikmələr qeydə alınıb.
hadiseler.info xəbər verir ki, aeroportun onlayn cədvəlinə əsasən, ümumilikdə 13 reys gecikir, 2 reys isə tamamilə ləğv edilib.
Məlumata görə, ləngimələr əsasən Soçi, Sankt-Peterburq və Moskva istiqamətlərində müşahid olunur. Soçiyə nəzərdə tutulan iki təyyarə ötən gündən bəri uçuş vaxtını gözləyir. Paralel olaraq Moskva, Sankt-Peterburq və Şarm əl-Şeyxdən gələn təyyarələrin enişində də qrafikdən kənaraçıxmalar var.
Novosibirsk istiqaməti üzrə planlaşdırılan gediş-gəliş reysləri isə ləğv olunub.
No Comment! Be the first one.