Samuxda kütləvi zəhərlənmə: Xəstəxanaya çatdırılanların sayı 10-a çatdı – YENİLƏNİB
Samux rayonunda qidadan qeydə alınan kütləvi zəhərlənmə faktı üzrə zərərçəkənlərin sayı artıb.
hadiseler.info xəbər verir ki, Alıuşağı kəndində ət məhsulundan zəhərləndiyi ehtimal olunan daha 5 nəfər Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Müalicəsi davam etdirilən yeni xəstələr Nuranə Vəliyeva (2001), Günay Əliyeva (1977), Nargilə Babayeva (1986), Tünzalə Cabbarova (1974) və Şəmil Hacıyevdir (1984). Bununla da kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya müraciət edənlərin ümumi sayı 10 nəfərə çatıb.
Xatırladaq ki, daha əvvəl Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olan 5 nəfər – Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova (1975), Azər Allahverdiyev (1980) və Məlahət Allahverdiyeva (1976) eyni diaqnozla xəstəxanaya qaldırılmışdı.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.