Sabiq deputat İqbal Məmmədovun şirkətinin 1,4 milyon manatlıq vergi borcu var
Keçmiş deputat İqbal Məmmədovun adı ilə əlaqələndirilən “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlətə olan vergi borcu kəskin şəkildə azalıb.
hadiseler.info xəbər verir ki, hazırda sözügedən şirkətin vergi borcu 1 440 216,40 manat təşkil edir.
Məlumat üçün bildirək ki, şirkətin vergi borcu 2022-ci ildə 9,6 milyon manatdan çox, 2023-cü ilin ortalarında isə 9,3 milyon manat civarında olub. Hazırkı göstərici əvvəlki dövrlərlə müqayisədə borcun təxminən 85 faiz, яəni 8,2 milyon manatdan çox azaldığını göstərir.
Qeyd edək ki, yanğınsöndürmə avadanlıqları və təhlükəsizlik sistemlərinin quraşdırılması sahəsində fəaliyyət göstərən “Kaspi Yıldız” şirkətində İqbal Məmmədovun payı 2022-ci ildən sonra 100 faizə çatıb. Vergi borcunun mövcudluğu birbaşa hüquqpozma faktı hesab olunmur.
No Comment! Be the first one.