SAXAL Qəzzada xəstəxana ərazisinə zərbə endirdi: Hədəf HƏMAS komandiri olub
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının komandirlərindən birini hədəf alıb.
hadiseler.info xəbər verir ki, əməliyyat Qəzza zolağının Deyr əl-Bəlah bölgəsində yerləşən “Şuhada əl-Əqsa” xəstəxanasının ərazisində icra olunub.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, radikal qruplaşmanın komandiri xəstəxana ərazisində gizlənərək SAXAL hərbçilərinə və mülki əhaliyə hücumlar planlaşdırıb. Ordu rəsmiləri bu addımı HƏMAS-ın mülki və tibbi infrastrukturlardan terror məqsədləri üçün istifadə etməsinin daha bir sübutu kimi qiymətləndiriblər.
Məlumatda həmçinin qeyd olunub ki, avqustun 27-də Qəzzanın tibb orqanlarına tibb müəssisələrindən hərbi məqsədlərlə istifadə edilməməsi barədə xəbərdarlıq edilib və mülki əhaliyə dəyəcək zərəri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görülüb.
No Comment! Be the first one.