Saxlanılan Robert Köçəryan xəstəxanaya yerləşdirildi
Ermənistanın eks-prezidenti Robert Köçəryanın səhhəti saxlanıldıqdan sonra anidən pisləşib.
hadiseler.info yerli KİV-lərə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Antikorrupsiya Komitəsinə aparılan S.Köçəryanın orada səhhətində ciddi problem yaranıb. Əraziyə çağırılan təcili tibbi yardım həkimləri sabiq dövlət başçısını dərhal xəstəxanaya təxliyə ediblər.
Eyni zamanda, Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan haqqında da həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə vəsatət təqdim olunub.
Qeyd edək ki, günün birincisi yarısı Ermənistan Antikorrupsiya Komitəsi Koçaryanlar ailəsinə qarşı genişmiqyaslı əməliyyat keçirərək eks-prezidenti və oğlunu saxlamış, onlara məxsus obyektlərdə axtarışlar aparmışdı.
No Comment! Be the first one.