Sabahdan Bakı metrosunda qatarların intervalsız hərəkəti azaldılır
Bakı metrosunda yeni tədris ilinin başlaması və payız-qış qrafikinə keçidlə əlaqədar qatarların hərəkət intervalları azaldılır.
hadiseler.info xəbər verir ki, sentyabrın 15-dən etibarən metro xətləri üzrə yeni hərəkət qrafiki tətbiq olunacaq:
Qırmızı xətt: “İçərişəhər – Əhmədli” mənzilində pik saatlarda qatarlar arası interval 2 dəqiqəyə endiriləcək.
Yaşıl xətt: Zərurət yarandığı hallarda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.
Bənövşəyi xətt: Payız-qış qrafikinə keçidlə bağlı “Avtovağzal – 8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən – Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunacaq.
No Comment! Be the first one.