Sentyabrın 4-nə gözlənilən hava proqnozu açıqlandı
Azərbaycanda sentyabrın 4-nə gözlənilən hava şəraiti bəlli olub.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda arabir duman gözlənilir, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda isə gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
No Comment! Be the first one.