Serbiya Prezidenti istefa verəcəyi tarixi açıqladı
Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də dövlət başçısı vəzifəsindən istefa verəcəyini bəyan edib.
hadiseler.info “Pink” telekanalına istinadən xəbər verir ki, Vuçiç canlı efirdə istefa verəcəyi günün axşamı vətəndaşlara müraciət edərək onlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirəcəyini qeyd edib.
“Mən Serbiyaya və bu ölkənin vətəndaşlarına sədaqətlə, əzmkar xidmət etdim”, — deyə ölkə rəhbəri vurğulayıb. O, vəzifəsindən ayrıldıqdan sonra fəaliyyətinə sıravi vətəndaş kimi davam edəcəyini bildirib.
No Comment! Be the first one.