Serbiyada prezident seçkiləri keçiriləcək – Vuçiç sualları cavabladı
Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən istefa verdiyini bəyan edib və ölkədə növbədənkənar prezident seçkilərinin vaxtını açıqlayıb.
“Report”un Balkan bürosunun məlumatına görə, Vuçiç dekabrın sonunadək prezident seçkilərinin birinci turunun keçiriləcəyini bildirib. O, bundan əvvəl – oktyabrın 25-də isə növbədənkənar parlament seçkilərinin baş tutacağını xatırladıb.
İstefa qərarının səbəbinə toxunan Vuçiç oktyabrda keçiriləcək parlament seçkilərinə adi vətəndaş kimi qatılmaq istədiyini vurğulayıb: “Bunu niyə etdim? Prezident kimi seçkilərə gedə bilərdim. Hətta xaricdəki bir çox prezident dostlarım təəccüblə məndən soruşurdular: ‘Bunu niyə edirsən? Niyə vəzifədən gedirsən? Bunu heç kim indiyədək etməyib’.”
No Comment! Be the first one.