Serj Sarkisyan Antikorrupsiya Komitəsinə aparılıb-VİDEO
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ölkənin Baş Prokurorluğu Serj Sarkisyan da daxil olmaqla ümumilikdə 9 nəfərə qarşı ictimai cinayət işi açıb.
Xatırladaq ki, günün birinci yarısında Ermənistanın digər eks-prezidenti Robert Köçəryan da hüquq-mühafizə orqanları tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil verilib.
No Comment! Be the first one.