Serj Sarkisyan Antikorrupsiya Komitəsinə çağırılıb
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin Antikorrupsiya Komitəsinə çağırılıb.
hadiseler.info bildirir ki, “Sputnik Ermənistan”ın yaydığı məlumata əsasən, S.Sarkisyan binaya daxil olmazdan əvvəl jurnalistlərə açıqlama verərək, dindirilməyə hansı səbəbdən dəvət olunduğunu bilmədiyini diqqətə çatdırıb.
Xatırladaq ki, gün ərzində Ermənistanın digər eks-prezidenti Robert Koçaryan da Antikorrupsiya Komitəsinə aparılıb. Qeyd olunur ki, Baş Prokurorluq R.Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması faktları üzrə cinayət işi başlayıb və o, böyük oğlu Sedrakla birlikdə saxlanılıb.
No Comment! Be the first one.