Elvin Cəfərquliyevin səhhəti ilə bağlı SON MƏLUMAT
“Qarabağ” klubunun zədəli futbolçularının səhhəti ilə bağlı son məlumatlar açıqlanıb.
hadiseler.info xəbər verir ki, klubun yaydığı məlumata əsasən, zədəsini tam sağaldan Pedro Bikalyo artıq komanda ilə məşqlərə başlayıb. Zədəli olan Renaldo Sefasın reabilitasiya prosesində müsbət dinamika qeydə alınıb və onun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı cavab oyununda heyətə daxil edilməsi ehtimal olunur.
Öz növbəsində, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə matçda sol budunun arxa əzələsindən zədələnən Elvin Cəfərquliyevin konservativ müalicəsi nəticə verməyib. Avropalı mütəxəssislərlə məsləhətləşmələrdən sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib. Müdafiəçinin meydanlara dönməsinin təxminən 3 ay çəkəcəyi gözlənilir.
Bərpa prosesi davam edən Zakaria Savonun isə 3-5 həftə ərzində heyətə qayıtması planlaşdırılır.
No Comment! Be the first one.