“Sabah” – “Hapoel” oyununa 25 min bilet satılıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşmasına azarkeş marağı böyükdür. Artıq matç üçün 25 min bilet satılıb.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı “Sabah” klubu verib. Bildirilib ki, bilet satışı hazırda davam edir və matçın başlama saatınadək bu rəqəmin daha da artacağı gözlənilir.
Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) oyunu bu gün saat 20:45-də 31 min 200 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Komandalar arasında keçirilən ilk görüşdə İsrail təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.
No Comment! Be the first one.