Səudiyyə Ərəbistanında şiddətli yağışlar daşqınlara səbəb oldu – VİDEO
Səudiyyə Ərəbistanında yağan güclü və intensiv yağışlar kəskin fəsadlara yol açıb.
hadiseler.info xəbər verir ki, aramsız yağışlar nəticəsində bir sıra ərazilərdə küçə və prospektləri su basıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü sel sularının küçələrdə sürətlə axdığı, nəqliyyat vasitələrinin su altında qaldığı və hərəkətin çətinləşdiyi aydın görünür. Fəlakət bölgəsində müvafiq xidmətlər tərəfindən təmizləmə və fəsadların aradan qaldırılması işləri aparılır.
No Comment! Be the first one.