Sumqayıtda dəhşətli qəza: 6 avtomobil toqquşdu, yaralılar var
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hadisə zamanı BMW, iki “Hyundai”, həmçinin “Opel”, “Toyota” və “Kia” markalı minik avtomobilləri toqquşub.
İlkin ehtimallara görə, zəncirvari qəzaya BMW markalı nəqliyyat vasitəsinin sürücüsü səbəb olub. Sükan idarəetməsini itirən BMW əvvəlcə “Opel”ə, daha sonra isə yol kənarında saxlanılan digər maşınlara çırpılıb.
Toqquşma nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.




No Comment! Be the first one.