Sürücünün ötmə qaydasını pozması sərnişinin həyatına son qoydu – VİDEO
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, qəza oktyabrın 19-da saat 19:00 radələrində yolun İmişli rayonunun Qızılkənd kəndi ərazisindən keçən 54-cü kilometrliyində qeydə alınıb.
İlkin məlumatlara əsasən, İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Ağır qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həmyerlisi – 1996-cı il təvəllüdlü (30 yaşlı) Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, hkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
İlkin ehtimala görə, facəyə yüksek sürət və ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) baş vermiş faciədən nəticə çıxarmaq üçün bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına tam əməl etməyə, ötmə əməliyyatları zamanı diqqətli olmağa və məsuliyyətsiz davranışların ağır nəticələrə gətirib çıxardığını unutmamağa çağırıb.
No Comment! Be the first one.