Təyyarə havaya qalxarkən mühərriki alovlandı – VİDEO
Peruda sərnişin təyyarəsi uçuş-eniş zolağında havaya qalxmağa hazırlaşarkən qəfil alovlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
Hadisə ölkənin paytaxtı Limada yerləşən Xorxe Çaves adına Beynəlxalq Hava Limanında qeydə alınıb. “LATAM Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi havaya qalxarkən onun sol mühərrikində qəfil güclü yanğın başlayıb.
Göyərtədə və uçuş zolağında partlayış səslərinin eşidildiyi bildirilir. Ekipaj üzvlərinin çevik müdaxiləsi sayəsində təyyarədə olan bütün sərnişinlər dərhal və təhlükəsiz şəkildə təxliyə ediliblər.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Mühərrikin alovlanma səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
No Comment! Be the first one.