Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia etdi- FOTO
ABŞ Prezidenti Donald Tramp kosmos və ərazi iddiaları ilə bağlı daha bir diqqətçəkən bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri özünün “Truth Social” platformasındakı rəsmi hesabında Ayın ABŞ-yə məxsus olduğunu iddia edən paylaşım edib.
Tramp Ayın fotosunu “Ay bizimdir” (The Moon is ours) başlığı və ABŞ bayrağı təsviri ilə birgə paylaşıb.
Xatırladaq ki, ABŞ lideri bir müddət əvvəl Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” qoyulmasını da təklif etmişdi.

No Comment! Be the first one.