Tramp bu şəxslərə 1 milyon dollar vəd etdi
ABŞ Prezidenti Donald Tramp 2026-cı il aralıq seçkilərində saxtakarlıq barədə məlumat verənlərə, həmin məlumatlar əsasında təqsirkarlar həbs edilərək məhkum olunarsa, 1 milyon dollar mükafat ödəniləcəyini vəd edib.
hadiseler.info xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib. O, mükafatın məhz seçki saxtakarlığı ilə bağlı dəqiq məlumat verən şəxslərə veriləcəyini vurğulayıb.
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində səsləndirilən bu addım prezidentin əvvəlki seçkilərlə bağlı iddialarını yenidən gündəmə gətirib. Xatırladaq ki, Tramp 2020-ci il prezident seçkilərində də səslərin saxtalaşdırıldığını iddia etmiş və həmin seçkidə Co Baydenə məğlub olmuşdu. Siyasi dairələrdə geniş müzakirələrə səbəb olan bu iddialar uzun müddət diqqət mərkəzində olub.
No Comment! Be the first one.